...

“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcək

Mədəniyyət Materials 21 Fevral 2020 12:20 (UTC +04:00)
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28-29 fevral 2020-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcək
“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcək

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28-29 fevral 2020-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcək.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, müşavirədə dövlət və özəl sektorun, yerli sənaye nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur. Həmçinin tədbir zamanı Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı Sazişi üzrə Katibliyinin rəhbəri, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni və adıçəkilən qurumdan daha 2 nəfər ekspertin mövzu ilə əlaqədar çıxışları eləcə də, təlimlərdə iştirakı planlaşdırılır.

Bununla yanaşı, müşavirədə respublikamızın paytaxt və regionlarında yerləşən bir sıra mədəniyyət müəssisələrinin, o cümlədən mədəniyyət mərkəzləri və klublarının rəhbərləri iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan 2011-ci ildən etibarən Avropa Şurasının mədəni marşrutları layihəsinə (Cultural Routes of Council of Europe) qoşulmuşdur. Hazırda Azərbaycan Avropa Şurasının mədəni marşrutlar layihəsinin 5 mədəni marşrutu üzrə təmsil olunur.

Xatırladaq ki, Azərbaycan Avropa Şurasının mədəni marşrutları layihələrindən olan “Şərab Yolu” beynəlxalq mədəni marşrutuna 2011-ci ildə, “Yəhudi irsi üzrə Avropa marşrutu” və “Qədim Qayaüstü İncəsənət İzləri” beynəlxalq mədəni marşrutlarına 2015-ci ildə, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” mədəni marşrutuna 2016-cı ildə və “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna isə 2019-ci ildə qoşulmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti