...

Fransada onlayn beynəlxalq animasiya festivalı başlanıb

Mədəniyyət Materials 16 İyun 2020 05:00 (UTC +04:00)
Fransada onlayn beynəlxalq animasiya festivalı başlanıb

Bakı. Trend:

Ansi gölünün sahilində eyni adlı fransız şəhərində 70 ölkədən çox cizgi filmləri rəssamlarının iştirakı ilə keçirilən beynəlxalq animasiya festivalı pandemiya səbəbindən onlayn formatda işinə başlayıb.

Trend-in məlumatına görə, 60 illiyini qeyd etməli olan nümayişlər iyunun 15-də start götürüblər və iyun ayının 30-dək davam edəcəklər.

"Tarixdə ilk dəfə olaraq onlayn formatda keçən Ansi festivalını açıq elan edirik. 2020-ci ildə onlayn nəşrimiz mövcud vəziyyətə uyğunlaşıb. Bu festivalda iştirak etmək və evdə ən yaxşı animasiyalardan zövq almaq üçün istisna bir fürsətdir", - təşkilatçılar qeyd ediblər.

Ansidəki festival və film bazarı animasiya dünyasının ən qədim və əlamətdar hadisələrindən biridir. Nümayiş 1956-cı ildə ilk dəfə Kann film festivalında yaranan "Beynəlxalq Animasiya Günləri" xüsusi cizgi filmləri hissəsindən 1960-cı ildə ayrı bir festivala çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti