Bakı. Trend:
Dünya mədəniyyətinin yeni sərvətləri YUNESKO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edilib.
Trend-in məlumatına görə, bu barədə "The Art Newspaper" qəzeti xəbər verib.
Bu il siyahıya 43 yeni elementlər əlavə edilib. Qəzetdə xüsusilə ərəb xəttatlığı, Konqonun rumba rəqsi və Perunun şimalındakı Avajun xalqının dulusçuluq sənəti vurğulanıb:
Səudiyyə Ərəbistanının mədəniyyət nazirinin müavini Hamed bin Muhammad Fayez bu barədə bildirib ki, ərəb xəttatlığı hər zaman vahid mədəniyyət daxilində yaradıcı ifadənin unikal formalarının əhəmiyyətini vurğulayıb: "İndi bu mədəniyyətlərarası sınaqdan keçərək İslam incəsənətinin universal xarakterini təsdiqləyir".
Ərəb xəttatlığının Dünya İrsinin sərvəti kimi tanınmasına dəstək üçün üçün kampaniya 16 ərəbdilli ölkə tərəfindən təşkil edilib.