...

Rauf Hacıyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

Mədəniyyət Materials 24 Dekabr 2022 15:46 (UTC +04:00)
Rauf Hacıyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

Bakı. Trend:

Dekabr ayının 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə çıxış edəcək. Azərbaycan Respublikasının Əməkdar artisti Ceyla Seyidova tamaşaçılara öz ifasını təqdim edəcək.

Proqramda bəstəkarın 1 saylı “Gənclik simfoniyası”, violin və simfonik orkestr üçün Кonsert və “Simfonik rəqslər” səslənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti