...

İtkin düşmüş məşhur aktyorun axtarışlarına yenidən başlanılıb

Mədəniyyət Materials 26 Yanvar 2023 11:00 (UTC +04:00)
İtkin düşmüş məşhur aktyorun axtarışlarına yenidən başlanılıb

Bakı. Trend:

Kaliforniya polisi ştatın dağlıq rayonunda itkin düşmüş britaniyalı aktyor Culian Sendsin axtarışlarına yenidən başlayıb.

Trend-in məlumatına görə, polis aktyorun axtarışları üçün helikopterlərin cəlb olunduğunu bildirib.

Yanvarın 13-də ailəsi tərəfindən itkin düşdüyü xəbər verilən Sendsi tapmağa çalışan axtarış-xilasetmə briqadası əlverişsiz hava şəraiti və uçqun təhlükəsi ilə əlaqədar olaraq axtarışları dayandırmışdı.

65 yaşlı britaniyalı aktyor "Las-Veqası tərk edərkən" (1995), "Ouşenin on üç dostu" (2007) filmlərində və "24 saat" (2001-2014), "Dekster" (2006-2013), "Qotem" (2014-2019) seriallarında çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti