...

“Avroviziya 2023” mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib (FOTO/VİDEO)

Mədəniyyət Materials 10 May 2023 01:17 (UTC +04:00)
“Avroviziya 2023” mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib (FOTO/VİDEO)

Bakı. Trend:

"Liverpool Arena"da 67-ci "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanı təmsil edən TuralTuranX (Tural və Turan Bağmanov qardaşları) dueti "Tell me more" mahnısını ifa ediblər.

15 ölkədən ilk finalçılar Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri olub.

"Avroviziya 2023"də 37 ölkə iştirak edir. İkinci yarımfinal mayın 11-də Danimarka, Ermənistan, Rumıniya, Estoniya, Belçika, Kipr, İslandiya, Yunanıstan, Polşa, Sloveniya, Gürcüstan, San Marino, Avstriya, Albaniya, Litva və Avstraliya təmsilçilərinin (püşk atmaya uyğun olaraq) iştirakı ilə keçiriləcək. Mayın 13-də keçiriləcək finalda Almaniya, İspaniya, İtaliya, Fransa, Ukrayna və Böyük Britaniya hər yarımfinaldan ilk onluğa qoşulacaq.

Yarımfinalın nəticələri yalnız tamaşaçıların, finalın nəticələri isə həm milli münsiflər heyətinin, həm də tamaşaçıların səsverməsi ilə müəyyən ediləcək. Azərbaycan münsiflər heyətinin üzvlərindən səsvermənin nəticələrini İTV-nin aparıcısı Nərmin Salmanova, aparıcı Azər Süleymanlı isə şərh edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti