...

“Avroviziya-2023”ün final mərhələsinin bütün iştirakçıları bəlli olub

Mədəniyyət Materials 12 May 2023 02:56 (UTC +04:00)
“Avroviziya-2023”ün final mərhələsinin bütün iştirakçıları bəlli olub

Bakı. Trend:

“Avroviziya-2023” musiqi yarışmasının finalında iştirak edəcək bütün ölkələr məlum olub.

Trend xəbər verir ki, Liverpulda keçirilən müsabiqənin ikinci yarımfinalında ilk on yeri tutan Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Estoniya, Polşa, Avstraliya, Litva, Ermənistan və Sloveniya finala vəsiqə qazanıblar.

Qeyd edək ki, daha əvvəl Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri finala çıxıblar.

Müsabiqənin finalı mayın 13-də keçiriləcək.

Bu il 67-ci dəfə təşkil olunacaq “Avroviziya” mahnı müsabiqəsində 37 ölkə təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti