...

“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 14 İyun 2023 12:16 (UTC +04:00)
“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib (FOTO)

Bakı. Trend:

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib.

Bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Zərrin Əliyeva (violin) və Nərminə İsmayılova (piano) çıxış ediblər.

Solistlər dinləyicilərə Sergey Rahmaninovun Piano və orkestr üçün 2 saylı Konsertini (c-moll, op.18) və Jean Sibeliusun Violin və orkestr üçün Konsertini (d-moll, op.47) təqdim ediblər.

Məlumat üçün nəzərinizə çatdıraq ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti