...

Mübariz Tağıyev Gəncə Dövlət Filarmoniyasında ilk dəfə solo konsert proqramı ilə çıxış edib (FOTO)

Mədəniyyət Materials 31 Yanvar 2024 15:30 (UTC +04:00)
Mübariz Tağıyev Gəncə Dövlət Filarmoniyasında ilk dəfə solo konsert proqramı ilə çıxış edib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyev “Xatirə” adlı konsert proqramı ilə çıxış edib.

Filarmoniyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konsertdə müğənninin ifasında sevilən mahnıları tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.

Həmçinin, gecədə filarmoniyanın solistləri - Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Samir Məmmədov, Yaqub Yaqubzadə, Əli Məmmədov, Azər Verdiyev, Vasif Bayramov sənətkarın repertuarından mahnılar ifa ediblər.

Konserti Şəhriyar Tağıyevin rəhbərliyi ilə Estrada Ansamblı müşayiət edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.

Xəbər lenti

Xəbər lenti