...

Qırğızıstan Teatrı "Dədə Qorqud" tamaşası ilə Bakıda çıxış edəcək

Mədəniyyət Materials 29 Mart 2025 19:55 (UTC +04:00)
Qırğızıstan Teatrı "Dədə Qorqud" tamaşası ilə Bakıda çıxış edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı "Dədə Qorqud" tamaşası ilə Bakıda çıxış edəcək.

Trend xəbər verir ki, tamaşanın Bakı premyerası Qırğızıstan Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

Qırğızıstanın Xalq yazıçısı Kayrat İmanalievin müəllifi olduğu "Dədə Qorqud" tamaşası aprelin 3-ü saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Marat Kozukeev, rəssamı Bakıt Tilekmatovdur.

Xəbər lenti

Xəbər lenti