...

"Bir səfərin izi ilə - Fransa" sənədli filminin təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 24 İyul 2025 20:39 (UTC +04:00)
"Bir səfərin izi ilə - Fransa" sənədli filminin təqdimatı olub (FOTO)

Bakı. Trend:

İyulun 24-də Nizami Kino Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Fransaya rəsmi səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə - Fransa” sənədli filminin təqdimatı olub.

Trend xəbər verir ki, ekran əsərinin nümayişindən əvvəl çıxış edən layihə rəhbəri, tanınmış səyyah və jurnalist Azər Qərib ekran əsəri barədə məlumat verib.

Bildirib ki, bu film tamaşaçılara Ümummilli Lider Heydər Əliyevin Fransanın paytaxtı Parisə rəsmi səfərinin qeyri-rəsmi tərəflərini göstərəcək. O qeyd edib ki, filmdə, eyni zamanda, Ulu Öndərin Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin formalaşmasında oynadığı xüsusi rol barəsində tarixi faktlar təqdim olunur.

Bu, Ümummilli Lider Heydər Əliyevin səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə” filmlər toplusundan artıq altıncı filmdir. Buna qədər yaradıcı heyət Ulu Öndərin İtaliya, Çin, Yaponiya, Türk dünyası və Böyük Britaniya səfərləri haqqında filmlər hazırlayıb. Bu filmlər toplusu Heydər Əliyevin beynəlxalq səviyyədə göstərdiyi fəaliyyəti, Azərbaycanın dünya dövlətləri ilə əlaqələrini gücləndirmək üçün gördüyü işləri və ölkəmizin beynəlxalq nüfuzunu artırmaq üçün atdığı addımları əks etdirir.

İdeya müəllifi Azər Qərib olan filmin yaradıcı heyətinə redaktor Ayaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev, montaj üzrə mütəxəssis Elmar Tariyeloğlu daxildir.

Film milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları”nın (AZAL) dəstəyi ilə ərsəyə gəlib.

Xəbər lenti

Xəbər lenti