...

Milli Məclisə seçkilərlə bağlı 132 müvəqqəti seçki məntəqəsi yaradılıb

Seçki 2015 Materials 27 Oktyabr 2015 11:25 (UTC +04:00)
Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar 132 müvəqqəti seçki məntəqəsi yaradılıb. Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyasının Mətbuat xidmətindən məlumat verilib.
Milli Məclisə seçkilərlə bağlı 132 müvəqqəti seçki məntəqəsi yaradılıb

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar 132 müvəqqəti seçki məntəqəsi yaradılıb. Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyasının Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, daimi fəaliyyət göstərən 5415 seçki məntəqəsinin və 132 müvəqqəti seçki məntəqəsinin hər biri seçkilərə tam hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, müvəqqəti seçki məntəqələri seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır və ümumi seçki məntəqəsində səs verməyə gələ bilməyən seçicilər üçün nəzərdə tutulur. Məsələn, səsvermə günü üzən gəmilərdə, seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində), xüsusi rejimli hərbi hissələrdə müvəqqəti seçki məntəqələri yaradıla bilər.

Seçki Məcəlləsinə əsasən, müvəqqəti seçki məntəqələrinin yaradılması müddəti bu gün başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti