Bakı. Trend:
Neft bazarı artıq balanslaşdırılıb və neftin qiymətinin güclü tərəddüdünü gözləməyə dəyməz.
Trend-in məlumatına görə, bunu BP şirkətinin rəhbəri Robert Dadli Davosda Dünya İqtisadi Forumunun kuluarlarında deyib.
R.Dadli qeyd edib ki, bazar istehsalat və gündəlik tələbat baxımından ötən ildən balanslaşdırılıb: "Lakin ehtiyat azalır. Ümumilikdə bazarın balanslaşdırıldığını düşünürəm".
Onun sözlərinə görə, qısamüddətli perspektivddə dünya neft bazarında hər hansı şoklar gözlənilmir:
"Hesab edirəm ki, qiymətlərin kəskin azalma və artımını gözləməyə dəyməz".
Qeyd edək ki, CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 22-də 70,94 dollar/barel təşkil edib.