...

SOS! Ölkəmizdə elə bölgələr var ki, az qala hər iki evdən birində eşitmə problemi var

Gündəm Materials 2 Mart 2018 17:03 (UTC +04:00)
Azərbaycanda 10 min nəfər insan eşitmə problemlərindən əziyyət çəkir.
SOS! Ölkəmizdə elə bölgələr var ki, az qala hər iki evdən birində eşitmə problemi var

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda 10 min nəfər insan eşitmə problemlərindən əziyyət çəkir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin Lor kafedrasının müdiri, professor Vəfa Pənahi bildirib.

O, dünya əhalisinin 6 faizinin məhz bu xəstəliyə düçar olduğunu açıqlayıb.

Klinikanın qulaq, burun, boğaz şöbəsinin müdiri Murad Şıxəliyev qeyd edib ki, dünya əhalisinin 365 milyonu karlıq və eşitmə problemlərindən əziyyət çəkir, onlardan 32 milyonunu uşaqlar təşkil edir.

Universitetin LOR kafedrasının assisenti Afaq Şadlinskaya bildirib ki, eşitmə problemi əsasən irsi faktorlar və qohum nikahları nəticəsində yaranır, lakin başqa səbəblər də karlığa səbəb olur:

”Ölkəmizin elə bölgələri, kəndləri var ki, orada az qala hər iki evdən birində eşitmə problemi var. Bundan başqa qanda bilurubinin miqdarının 30 faizdən çoxluğu, hamiləlik patologiyaları və zərərli dərman preparatlarının qəbulu eşitmə əngəlinə səbəb olur. Həmin problemin aradan qaldırılması üçün yeganə yol – koxlear implantasiya əməliyyatıdır”.

A.Şadlinskaya deyib ki, əməliyyat bahalı olduğuna görə 2015-ci ilin oktyabrında sensonevral ağır eşitmə ilə əlaqədar yaradılan xüsusi komissiya ölkəmizdə həmin problemdən əziyyət çəkən uşaqların müayinə və müalicə edilməsi, koxlear implantasiya əməliyyatı aparılması ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti