Bakı. İlhamə İsabalayeva - Trend:
Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində 2000-ə yaxın çağırış daxil olub.
Bunu Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə deyib.
Onun sözlərinə görə, bayram günlərində stansiyaya daxil olan çağırışların sayında artım olmayıb. Bayram günlərində daxil olan çağırışların sayı adi günlərdəki kimi olub:
"Adi günlərdə olduğu kimi, bayram günlərində də təxminən eyni sayda çağırış daxil olub. Bayram günlərində hər hansısa fərqli xəstəliklər üzrə çağırışlar daxil olmayıb".
Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar martın 20-dən 27-dək ölkədə qeyri-iş günləri olub.