Bakı. İlkin Şəfiyev - Trend:
Almaniya səhiyyə sahəsində Azərbaycanla təcrübəsini bölüşmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu səhiyyə turizmi mövzusuna həsr olunmuş Azərbaycan-Almaniya biznes forumu zamanı Almaniyanın Bakıdakı səfirliyinin kommersiya məsələləri üzrə attaşesi Hayke Moskel deyib.
O qeyd edib ki, hər iki ölkənin səhiyyə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanlar var:
“Almaniyanın səhiyyə müəssisələri Azərbaycanda yeni texnologiyaların tətbiqi, eləcə də səhiyyə turizmi üzrə layihələrin reallaşdırılması sahəsində təcrübəsini bölüşə bilər”.
Qeyd edək ki, biznes forumda səhiyyə turizmi sahəsində fəaliyyət göstərən 130-dan çox şirkətin nümayəndələri iştirak edir.