...

Azərbaycanda Külək Elektrik stansiyalarında təmir işləri nə vaxt başa çatacaq

Gündəm Materials 9 May 2018 12:35 (UTC +04:00)
“Ağ Şəhər” layihəsi üzrə işlərin 60 faizi yekunlaşıb.
Azərbaycanda Külək Elektrik stansiyalarında təmir işləri nə vaxt başa çatacaq

Bakı. Trend:

Azərbaycanda Külək Elektrik stansiyalarında təmir və bərpa işlərinin avqustda başa çatdırılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu barədə “Azərişıq” ASC-nin sədri Baba Rzayevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

B.Rzayev qeyd edib ki, həyata keçirilmiş tədbirlər nəticəsində texniki itkilər regional elektrik şəbəkələri üzrə 11,4 faizə, Bakı şəhəri üzrə 7,8 faizə endirilməklə ümumilikdə “Azərişıq” ASC üzrə 9,6 faiz təşkil edib. Faydalı elektrik enerjisinə görə yığım regional elektrik şəbəkələri üzrə 87 faizə, Bakı şəhəri üzrə 99,0 faizə yüksəldilməklə ümumilikdə “Azərişıq” ASC üzrə 93 faizə çatdırılıb. Alınan elektrik enerjisinə görə “Azərenerji” ASC-yə ödənişlər 100 faiz təmin olunub, vergi və digər büdcə ödənişləri artıqlaması ilə yerinə yetirilib.

ASC sədri bildirib ki, “Ağ Şəhər” layihəsi üzrə işlərin 60 faizi yekunlaşıb, böyük və ən müasir paylayıcı elektrik şəbəkəsinin qurulması təmin edilib:

"Füzuli meydanı ətrafı və “Sovetski” adlanan ərazidə, habelə şəhərin həmin hissəyə yaxın ərazilərində (o cümlədən “Kubinka” adlanan hissəsində) inşa ediləcək coxsaylı yaşayış binalarının, sosial və yol infrastrukturunun enerji tələbatının qarşılanması üçün 1 ədəd 110/35/10 kV-luq yarımstansiyanın tikintisi, 110/35/10 kV-luq “Yasamal-1” yarımstansiyası ilə yeni tikiləcək yarımstansiya arasında 110 kV-luq 2 dövrəli kabel xəttinin çəkilməsi nəzərdə tutulur".

O vurğulayıb ki, cəbhəyanı ərazilərdə yaşayan əhalinin və digər infrastrukturların elektrik enerji təchizatının yaxşılaşdırılması üçün Tərtər rayonunda 2x6,3 MVA gücündə 1 ədəd 35/10 kV-luq “Şıxarx”, Cəbrayıl rayonu ərazisində 2x6,3 MVA gücündə 1 ədəd 35/10kV-luq “Cocuq Mərcanlı” və Qazax rayonu ərazisində 2x16 MVA gücündə 1 ədəd 110/35/10-6 kV-luq “Daş Salahlı” yarımstansiyaları tikilərək istismara verilib, əlaqələndirici xətlər inşa edilərək dairəvi enerji təchizatı sxemi yaradılıb. Hazırda Tərtər rayonunda 110 kv-luq “Tərtər” yarımstansiyasının tikintisi davam etdirilir.

B.Rzayev bildirib ki, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında” 22 dekabr 2017-ci il tarixli sərəncamın icrası məqsədilə “Azərişıq” ASC-nin balansına verilmiş Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyalarında təmir və bərpa işləri aparılır. Bu işlərin cari ilin avqust ayında başa çatdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti