...

Komitə sədri: Vergidən azadolmalar araşdırılmalıdır

Gündəm Materials 31 May 2018 12:53 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda təhsil xərclərinin strukturuna baxılmalıdır.

Trend-in məlumatına görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən iclasında 2017-ci il dövlət büdcəsinin icrasının müzakirələri zamanı deyib.

Ölkədə peşə texniki təhsilin yaradıldığını qeyd edən komitə sədri söyləyib ki, bunun üçün büdcədən daha çox maliyyə ayrılmaldır: "Çünki bu, gələcəkdə məşğulluğun artmasına gətirib çıxaracaq”.

Dövlət büdcəsindən maliyyələşən təsərrüfatların olduğunu deyən Z.Səmədzadənin sözlərinə görə, elə məsələlər var ki, onlar sahibkarlığın inkişafına mane olur: “Bunlar aradan qaldırılmalıdır. Özəl sektor sosial məsuliyyəti artırmalı, banklarla bağlı problemlər həll olunmalıdır. Belə olan halda, dövlətin üzərinə düşən yük yüngülləşəcək”.

Z.Səmədzadə bildirib ki, Azərbaycanda vergidən azadolmaların araşdırılmasına ehtiyac var:

"Azadolmaların iqtisadi artıma təsiri qiymətləndirilməlidir. Düşünürük ki, bunun nəticəsində vergi yığımı bazası genişlənə bilər. Hazırda bəzi sahələr var ki, bugünkü mərhələdə azadolmaya ehtiyac yoxdur. Vergidən azadolmalar araşdırılmalıdır. Azadolmaların obyektiv qiymələndirilməsi aparıldıqdan sonra hökumət qarşısında müəyyən məsələ qaldırıla bilər. Azadolmalar nəticəsində hansı məbləğin itirilməsi müəyyənləşə bilər. Bizdə yeni iqtisadiyyat qurulur. Sənayeləşməni uğurla aparırıq. Bunun üçün də azadolma olmalıdır. Lakin burada əsas məsələ əhalinin sosial rifahıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti