...

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Bank VTB ağacəkmə aksiyası həyata keçirib (FOTO)

Gündəm Materials 1 İyun 2018 10:41 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Bank VTB (Azərbaycan) ağacəkmə aksiyası həyata keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, Bank VTB (Azərbaycan) korporativ sosial məsuliyyət siyasəti çərçivəsində paytaxtın Səbayıl rayonunda, Şıxov ərazisində ağacəkmə aksiyası keçirib. Aksiya zamanı Bank VTB (Azərbaycan) əməkdaşları tərəfindən ərazidə Abşeron mühitinə uyğunlaşması və yayılması ilə tanınan yüz ədəd şam ağacı əkilib.

Baş tutan ekoloji aksiyada bankın rəhbərliyi, İdarə Heyətinin sədri və əməkdaşları iştirak ediblər.

”Bank VTB Azərbaycan hər zaman hər növ korporativ sosial məsuliyyət tədbirlərinə böyük önəm verib və bu günkü tədbirin əsas məqsədi ətraf mühitin qorunmasının vacibliyini insanlara çatdırmaqla ictimai nəzarəti gücləndirmək, ekoloji tarazlığın bərpasını həyata keçirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir. Bank bundan sonra da yeni sosial və ekoloji aksiyalar keçirməyi planlaşdırır”, - deyə Bank VTB Azərbaycan-ın İdarə heyətinin sədri Yevgeni Anatolyeviç Kirin bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti