...

Sədr müavini: Metronun "Xətai" stansiyası payızda təmirə bağlana bilər

Gündəm Materials 7 İyun 2018 12:42 (UTC +04:00)
Bakı Metropoliteninin "Xətai" stansiyasının təmirə bağlanacağı vaxt açıqlanıb.
Sədr müavini: Metronun "Xətai" stansiyası payızda təmirə bağlana bilər

Bakı. Samir Əli - Trend:

Bakı Metropoliteninin "Xətai" stansiyasının təmirə bağlanacağı vaxt açıqlanıb.

Trend-in məlumatına görə, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov stansiyanın yaxın 3 ayda təmirə bağlanmayacağını deyib.

H.Məmmədov qeyd edib ki, "Xətai" stansiyasının bir hissəsində təmir işləri aparılıb:

"Stansiyanın eskalatorlarının da dəyişdirilməsinə zərurət var. Ona görə də eskalatorların dəyişdirilməsi üçün stansiya təmirə bağlanmalıdır. Planlaşdırırıq ki, "Xətai" stansiyasını payız aylarında təmirə bağlayaq. Bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti