...

Bakıda 23 yaşlı lal və kar qız itkin düşdü

Gündəm Materials 1 Avqust 2018 14:41 (UTC +04:00)
Bakıda 23 yaşlı qız itkin düşüb.
Bakıda 23 yaşlı lal və kar qız itkin düşdü

Bakı. Samir Əli - Trend:

Bakıda 23 yaşlı qız itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 24-cü Polis bölməsinə paytaxtın Nizami rayonu, B. Nuriyev küçəsi. ev 3, mənzil 2-də yaşayan Həmidova Səadət Bayandur qızı məlumat verib.

Qadın bildirib ki, iyulun 30-da səhər saat 10 radələrində onunla eyni ünvanda yaşayan qızı, 1995-ci il təvəllüdlü Talıbzadə Ayşən Kazım qızı evdən çıxıb və bir daha geri qayıtmayıb.

S. Həmidova bildirib ki, qızı A.Talıbzadə lal və kardır.

Faktla bağlı Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi tərəfindən araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti