...

DİM: 28 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib

Gündəm Materials 7 Avqust 2018 11:28 (UTC +04:00)
Ali məktəblərə ixtisas seçimi davam edir.
DİM: 28 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib

Bakı. Elçin Mehdiyev - Trend:

Ali məktəblərə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, saat 11.00-a olan məlumata əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 8973, II ixtisas qrupu üzrə 6589, III ixtisas qrupu üzrə 7729, IV ixtisas qrupu üzrə 2408 nəfər ərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 895, II ixtisas qrupu üzrə 723, III ixtisas qrupu üzrə 643, IV ixtisas qrupu üzrə 247 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda isə ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 692 nəfərdir.

Ümumilikdə bütün ixtisas qrupu üzrə 28 856 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, müsabiqəyə yalnız iyulun 30-dan avqustun 13-dək elektron ixtisas seçimi ərizələrini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti