...

Məhkəmə "Leyla Şıxlinskaya" klinikasından pul mənimsəyənlərə vaxt verdi

Gündəm Materials 20 Sentyabr 2018 13:54 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məhkəmə "Leyla Şıxlinskaya" klinikasından pul mənimsəyənlərə vaxt verdi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ekspertiza rəyi açıqlanıb.

Rəyə görə, klinikaya 56 min manat ziyan vurulub.

Hakim vurulan ziyanı ödəmək üçün təqsirləndirilən şəxslərə vaxt verib və proses oktyabrın 4-dək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar.

Onlar klinikanın kassasından 700 min manat mənimsəmədə günahlandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti