...

Bakıdan Rusiya sərhədinə qədər yeni avtomobil yolu nə vaxt inşa ediləcək? (YENİLƏNİB)

Gündəm Materials 27 Sentyabr 2018 11:12 (UTC +04:00)

Bakı. İlkin Şəfiyev - Trend:

Bakıdan Rusiya sərhədinə qədər yeni avtomobil magistralının 2020-ci ilədək inşa edilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda deyib.

Ş.Mustafayev qeyd edib: "Bizdə Rusiya sərhədinə qədər avtomobil magistralı var, lakin bu bizi qane etmədiyi üçün yenisi tikiləcək. Düşünürük ki, 2020-ci ilin sonuna qədər bu magistral da istismara veriləcək. Samur çayı üzərindəki körpünün tikintisinə gəlincə, inşaat işləri bu il başlayıb".

Nazir əlavə edib ki, Azərbaycan və Rusiya layihəyə 50:50-yə sərmayə yatıra bilərlər:

"Ümid edirik ki, bir ildən sonra körpünün açılışı olacaq. Rusiya tərəfi əmin edir ki, gömrük, sərhəd və digər infrastruktur da bu körpü ilə birlikdə tikiləcək. Həmçinin burada aksiz postunun yaradılması nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti