...

Bakıda "Range Rover" 27 yaşlı piyadanı vurdu (VİDEO)

Gündəm Materials 15 Oktyabr 2018 12:09 (UTC +04:00)
Ötən gecə paytaxtda "Range Rover" markalı avtomobil piyadanı vurub.
Bakıda "Range Rover" 27 yaşlı piyadanı vurdu (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə paytaxtda "Range Rover" markalı avtomobil piyadanı vurub.

Trend-in məlumatına görə, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində baş verib.

"BolMart" supermarketinin qarşısında ağ rəngli "Range Rover" markalı avtomobil piyada, 1991-ci il təvəllüdlü Tural Məmmədovu vurub. Sürücü piyadanı vurduqdan sonra hadisə yerindən qaçmaq istəsə də, digər avtomobillə toqquşub.

Hadisə nəticəsində T.Məmmədli kəllə-beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Klinikadan verilən məlumata görə, xəstənin vəziyyəti ağır dəyərləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti