Bakı. Trend:
Rusiya Dövlət Duması Hava Məcəlləsində aviabiletlərin geri qaytarılmasını asanlaşdıran dəyişiklikləri birinci oxunuşda qəbul edib.
Trend-in məlumatına görə, yeni qaydalara əsasən, bileti almış sərnişin yaxın adamının xəstələndiyi təqdirdə biletləri qaytararaq məbləği geri ala bilər.
Qeyd olunur ki, məbləğin geri qaytarılması üçün hər hansı bir tibbi sənədin təqdim olunması nəzərdə tutulmur.
Yaxın zamanlarda bu qaydalar ikinci oxunuşda müzakirəyə çıxarılacaq.