...

Xanəndə: Qeyri-peşəkarlar aparıcılıq edirlər, dillərində qüsurlar var (FOTO) (YENİLƏNİB)

Gündəm Materials 19 Oktyabr 2018 12:37 (UTC +04:00)
Qeyri-peşəkarlar aparıcılıq edirlər, dillərində qüsurlar var.
Xanəndə: Qeyri-peşəkarlar aparıcılıq edirlər, dillərində qüsurlar var (FOTO) (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev – Trend:

"Hər kəs ana dilini qorumalıdır. Bu işə birinci ailədə başlanılmalıdır, sonra efirlərdə".

Trend-in məlumatına görə, bunu Xalq artisti Mənsum İbrahimov “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfransda deyib.

M.İbrahimov hər zaman tələbələrinə ana dilində sözləri düzgün tələffüz etməyi öyrətdiyini deyib: “Tələbələrimə deyirəm ki, ana dilində oxuyan zaman düzgün tələffüz edin, əks halda mahnı düzgün səslənməyəcək”.

Xanəndə telekanallarda qeyri-peşəkar aparıcıların olduğunu da bildirib: “Telekanalların sayının çox olması yaxşıdır, ancaq görürsən ki, qeyri-peşəkarlar gəlib aparıcılıq edirlər, dillərində qüsurlar var, yad sözlərdən istifadə edirlər. Bəzən bunu müasirlik kimi qəbul edirlər, ancaq bu, düzgün deyil. Hər kəs öz işində peşəkar olmalı, ana dilini qorumalıdır”.

O əlavə edib ki, ana dilinin qorunması ilə bağlı geniş təbliğat işi aparılmalıdır.

Orfoqrafiya -Orfoepiya qaydalarının pozulmasına da çox rast gəlinir. Trend-in mılumatına görə, bunu

Tədbirdə çıxış edən AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qazıyeva bildirib ki, Azərbaycanda müğənnilərin dilində ən böyük səhv dialekt sözlərdən istifadə etməkdir.

N.Qazıyeva qeyd edib ki, aparılan monitorinqlərin nəticələri göstərir ki, musiqiçilərin ifasında Azərbaycan dili normalarından kənaraçıxmalara təsadüf olunur: “Musiqi böyük tamaşaçı auditoriyasını əhatə etdiyindən nitq normalarına təsir göstərmək imkanına malikdir. Bunları nəzərə alaraq ifaçılar ədəbi dil normaları məsələsinə daha həssas yanaşmalıdırlar".

Onun sözlərinə görə, hətta mahnılarda vulqar sözlərə də rast gəlinir: “Xarici sözlərdən, xüsusən rus sözlərindən istifadə ilə dilimizin normaları daha çox pozulur. Ən çox da meyxanalarda rus sözlərindən istifadə edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti