...

Qubada itkin düşən gənc tapıldı - Evdən getməsinə səbəb isə... (FOTO)

Gündəm Materials 11 Dekabr 2018 11:39 (UTC +04:00)
Bir neçə gündür axtarışda olan Quba rayonunun Vladimirovka kənd sakini, 17 yaşlı Əziz Qasımov tapılıb.
Qubada itkin düşən gənc tapıldı - Evdən getməsinə səbəb isə... (FOTO)

Trend-i buradan izləyin

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bir neçə gündür axtarışda olan Quba rayonunun Vladimirovka kənd sakini, 17 yaşlı Əziz Qasımov tapılıb.

Trend-in məlumatına görə, bu barədə onun atası Elman Qasımov məlumat verib.

Atasının sözlərinə görə, Ə. Qasımov bu gün özü evə qayıdıb:

"Əziz təhsil aldığı kollecdə töhmət aldığına görə evdən getmişdi. O ilk dəfədir belə bir iş görüb və əməlindən peşmandır".

Xatırladaq ki, Əziz Qasımov dekabr ayının 1-də səhər saatlarında təhsil aldığı Quba rayon Dövlət Sosial İqtisadi Kollecə gedib, lakin dərs saatları bitdikdən sonra təhsil müəssisəsindən çıxaraq geri qayıtmayıb.

Qeyd edək ki, Quba rayonunda daha bir gənc, 19 yaşlı Elmar Məmmədov da itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti