...

Artıq çəki xərçəng xəstəliyinin inkişafına səbəb olur

Gündəm Materials 17 Dekabr 2018 20:00 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Artıq çəki xərçəng xəstəliyinin inkişafına səbəb olur.

Trend-in məlumatına görə, alimlərin piylənmə və xərçəng xəstəliyi ilə bağlı 1975-2016-cı illəri əhatə edən araşdırması artıq çəki ilə xərçəngin 13 növünün inkişafı arasında əlaqəni aşkar edib. Məlum olub ki, bədxassəli şişlərin təqribən 4 faizi birbaşa piylənmə ilə bağlıdır.

Bundan başqa qeyd olunur ki, hətta şişlərin uğurla ləğvindən sonra artıq çəki pasiyentin ölüm ehtimalını 11-17 faiz artırır.

Alimlər bununla əlaqədar olaraq BMT, Ümumdünya Səhiyyə Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar səviyyəsində piylənmə ilə mübarizənin vacib olduğunu bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti