...

Nazir: Bakıdakı məktəblərin 10 faizində şagird sıxlığı var

Gündəm Materials 20 Dekabr 2018 15:17 (UTC +04:00)
Bakıda təxminən 320 məktəb var, onların 10 faizində şagird sıxlığı müşahidə edilir.
Nazir: Bakıdakı məktəblərin 10 faizində şagird sıxlığı var

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıdakı 320 məktəbin 10 faizində şagird sıxlığı müşahidə edilir.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, sıxlıq olmayan məktəblərdə həmin təhsil müəssisələrinin mikroərazisi ilə yanaşı, digər ərazilərdə yaşayan şagirdlərin qəbulu ilə bağlı da problem yaranmır.

Nazir əlavə edib ki, təhsil almaq üçün dövlət təhsil müəssisələrinə müraciət edən bütün vətəndaşların müraciəti təmin edilir. Lakin ərazidə şagird sıxlığı olduğu halda, məktəbə qəbul zamanı təhsil müəssisəsinin mikroərazisində yaşayan şagirdlər üstünlük əldə edirlər:

“Şagird sıxlığı o deməkdir ki, məktəbdə oxumaq üçün müraciət edənlərin sayı oradakı şagird yerlərinin sayından daha çoxdur. Buna görə də sıxlıq olan ərazilərdə məktəblərə qəbul zamanı coğrafi ərazi prinsipi tətbiq edilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti