...

Bakıda tikinti zamanı fəhlə 11-ci mərtəbədən yıxılıb öldü

Gündəm Materials 21 Dekabr 2018 16:35 (UTC +04:00)
Bakıda hündürmərtəbəli binanın tikintisi zamanı xəsarət alan şəxs dünyasını dəyişib.
Bakıda tikinti zamanı fəhlə 11-ci mərtəbədən yıxılıb öldü

Bakı. Samir Əli - Trend:

Bakıda hündürmərtəbəli binanın tikintisi zamanı xəsarət alan şəxs dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə Səbail rayonunun ərazisində baş verib.

Rayon ərazisində "Mahal" MTK tərəfindən inşa olunan hündürmərtəbəli binanın 11-ci mərtəbəsinin tikintisi zamanı dəmir-beton işləri aparan fəhlə, 1991-ci il təvəllüdlü Məmmədov Azər Tehran oğlu yıxılaraq ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Məmmədov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti