...

Abşeronda usta hündürmərtəbəli binadan yıxılıb öldü

Gündəm Materials 25 Dekabr 2018 07:10 (UTC +04:00)
Abşeronda tikintidə ölüm hadisəsi baş verib.
Abşeronda usta hündürmərtəbəli binadan yıxılıb öldü

Bakı. Samir Əli - Trend:

Abşeronda tikintidə ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görtə, hadisə rayonun Saray qəsəbəsi ərazisində qeydə alınıb. Saray qəsəbəsi, Əmirov küçəsində "Halal" MTK şirkətinin inşa etdiyi hündürmərtəbəli yaşayış binasında usta işləyən, 1981-ci il təvəllüdlü Həbibzadə Camal Mircəfər oğlu suvaq işləri apararkən binanın 9-cu mərtəbəsindən yıxılıb.

O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti