...

Gələn ay dərsliklərlə bağlı normativ hüquqi aktlar qəbul ediləcək

Gündəm Materials 24 Yanvar 2019 17:19 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Növbəti ayda dərsliklərlə bağlı normativ hüquqi aktlar qəbul ediləcək.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

İ.İsayevin sözlərinə görə, həmin sənəddə dərsliklərin, qriftin hazırlanması və s. kimi məsələlər öz əksini tapıb: “Burada dərsliklərlə bağlı məsələləri bir qədər genişləndirə bilərik”.

Nazir müavini bildirib ki, 11-ci sinif istisna olmaqla, bir sinifdən digərinə keçirilmədə məktəblər sərbəstdir.

İ.İsayev əlavə edib ki, ümumtəhsil müəssisələrinin nizamnamə nümunəsi yaxın aylarda Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti