...

MTRŞ telekanallardan birini cərimələdi

Gündəm Materials 7 Aprel 2019 11:20 (UTC +04:00)
Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) "Space" televiziyasını cərimələyib
MTRŞ telekanallardan birini cərimələdi

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) "Space" televiziyasını cərimələyib.

Bu barədə Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov bildirib: "Space TV-nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz ve ifadələr MTRŞ tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib və 5 aprel 2019-cu il tarixində kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ile bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul edilib. İş məhkəməyə göndərilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti