...

Səhiyyə Nazirliyi: Yataqxanadakı yanğınla bağlı 7 nəfərə tibbi yardım göstərilib (YENİLƏNİB)

Gündəm Materials 10 Aprel 2019 12:26 (UTC +04:00)
Yataqxanadakı yanğınla bağlı 7 nəfərə tibbi yardım göstərilib.
Səhiyyə Nazirliyi: Yataqxanadakı yanğınla bağlı 7 nəfərə tibbi yardım göstərilib (YENİLƏNİB)

İlk xəbər saat 12:02-də yayılıb

Bakı. Samir Əli - Trend:

Bakının Babək prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın zamanı 7 sakinə yerində tibbi yardım göstərilib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə yerində olan iki təcili tibbi yardım briqadası həmin şəxslərə dərhal tibbi yardım göstərib.

Onlardan 3 nəfər kişi, 3 nəfəri qadın, 1 nəfəri isə uşaqdır.

Qeyd edək ki, hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları və xilasedicilərin səyi nəticəsində yanğın hadisəsinin qarşısı alınıb. Xilasedicilər yataqxanada köməksiz vəziyyətdə qalmış 2 nəfəri xilas edib, 1 nəfər isə özünü binadan atıb.

X X X

12:02

Bakıda məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Trend-ə bildirib ki, Babək prospektində baş verən yanğınla bağlı iki təcili yardım briqadası göndərilib.

Onun sözlərinə görə, təcili tibbi yardım briqadaları hadisə yerində bir neçə nəfərə tibbi yardım göstərib: "Hadisə zamanı 45 yaşlı kişi isə alovun əhatəsində qaldığından qorxaraq özünü binadan atıb. Hazırda həmin şəxsin vəziyyəti çox ağırdır və təcili yardım briqadası xəstəni 3 saylı Şəhər Klinik Xəstəxanasına aparır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti