...

Bakıda 51 yaşlı kişi pilləkəndən yıxılıb öldü

Gündəm Materials 11 Aprel 2019 22:00 (UTC +04:00)
Bakıda orta yaşlı kişi pilləkəndən yıxılaraq ölüb
Bakıda 51 yaşlı kişi pilləkəndən yıxılıb öldü

Bakı. Samir Əli - Trend:

Bakıda orta yaşlı kişi pilləkəndən yıxılaraq ölüb. Trend-in məlumatına görə, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi 19 c ünvanında baş verib.

1968-ci il təvəllüdlü Zeynalov Natiq Zeynal oğlunun meyiti həmin ünvanın qarşısında tapılıb.

Hadisə yerinə və meyitə keçirilən baxış zamanı məlum olub ki, N.Zeynalov həmin ünvanda təmiri başa çatmayan evinin ikinci mərtəbəsinə çıxarkən yıxılıb və baş nayihəsindən xəsarət alaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti