Bakı. Trend:
Rusiyada özəl qəbiristanlıqlar yaradılacaq.
Trend-in məlumatına görə, müvafiq sənəd Tikinti və Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanır.
Burada söhbət dövlət-özəl tərəfdaşlığından gedir. Belə ki, "Dəfn işləri" haqqında yeni qanun özəl şirkətlərə dövlət torpağında yeni qəbiristanlıqlar yaratmaq imkanı verir.
Bildirilir ki, xüsusi reyestrdən keçən şirkətlər dəfn xidmətləri göstərə biləcək.