...

Bakıda Dünya Kuboku çərçivəsində üç halqa və iki cüt gürzlərlə qrup hərəkətlərində komandaların təsnifatı keçirilir (FOTO)

Gündəm Materials 27 Aprel 2019 21:23 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kuboku çərçivəsində üç halqa və iki cüt gürzlərlə qrup hərəkətlərində komandaların təsnifatı keçirilir
Bakıda Dünya Kuboku çərçivəsində üç halqa və iki cüt gürzlərlə qrup hərəkətlərində komandaların təsnifatı keçirilir (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kuboku çərçivəsində üç halqa və iki cüt gürzlərlə qrup hərəkətlərində komandaların təsnifatı keçirilir.

Trend-in məlumatına görə, qrup hərəkətlərində Azərbaycan komandasının tərkibi: Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova.

Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Xəbər lenti

Xəbər lenti