...

Komitə sədri: Bəzən jurnalistlərin yazıları neqativ halların yaranmasına səbəb olur

Gündəm Materials 19 İyul 2019 15:27 (UTC +04:00)
Bəzən mediada verilən məlumatlar, yazılar nəinki qadın və uşaqların problemlərinin həllinə kömək edir, əksinə, neqativ halların yaranmasına səbəb olur.
Komitə sədri: Bəzən jurnalistlərin yazıları neqativ halların yaranmasına səbəb olur

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Əfsuslar olsun ki, bəzən mediada verilən məlumatlar, yazılar nəinki qadın və uşaqların problemlərinin həllinə kömək edir, əksinə, neqativ halların yaranmasına səbəb olur.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

İnformasiyanın, xüsusilə də qadın və uşaq problemləri ilə bağlı məlumatların cəmiyyətdə böyük rolunun olduğunu deyən komitə sədri bu istiqamətdə jurnalistləri məsuliyyətli olmağa çağırıb:

"Mətbuatın və jurnalistlərin ictimai rəyə təsirini əsas götürərək deməliyəm ki, jurnalist yazısına görə məsuliyyət daşımalı, insan taleyinə laqeyd qalmamalıdır. Nəzərə alınmalıdır ki, hər faktın arxasında canlı insan dayanır. Bunun üçün isə mətbuat işçisindən peşəkarlıq və humanizmə sədaqət tələb olunur. Buna görə də jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması, uyğun sahələr üzrə biliklərinin təkmilləşdirilməsi üçün Komitə tərəfindən mütəmadi olaraq maarifləndirici təlimlər keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti