...

Hacıqabulda qəza - 3 qadın, 1 kişi xəstəxanalıq oldu

Gündəm Materials 20 İyul 2019 14:45 (UTC +04:00)
Bakı-Ələt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hacıqabulda qəza - 3 qadın, 1 kişi xəstəxanalıq oldu

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı-Ələt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Hacıqabul ərazisində qeydə alınıb. Minik avtomobili idarəetməni itirərək aşıb. Avtomobildə 3-ü qadın, biri kişi olmaqla 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, hazırda yaralananlar ilkin tibbi yardım alırlar. Onların xəsarətləri hələlik tam bəlli deyil.

Qəza yerinə DYP əməkdaşları cəlb olunublar, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti