...

Qəbələdə 56 yaşlı kişi qoz ağacından yıxılıb öldü

Gündəm Materials 23 Sentyabr 2019 18:59 (UTC +04:00)
Qəbələ sakini bədbəxt hadisə nəticəsində ölüb.
Qəbələdə 56 yaşlı kişi qoz ağacından yıxılıb öldü

Bakı. Samir Əli - Trend:

Qəbələ sakini bədbəxt hadisə nəticəsində ölüb.

Trend-in məlumatına görə, hadisə rayonun Kürd kəndində baş verib. Kənd sakini, 1963-cü il təvəllüdlü İbrahimov Yunus Məmməd oğlu həmkəndlisi Verdiyev Ələm İsmayıl oğluna məxsus həyətyanı sahədə qoz ağacından yıxılıb. 4.8 metr hündürlükdən yıxılan Y.İbrahimov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti