Bakı. Samir Əli - Trend:
İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.
Trend-in məlumatına görə, terror qruplaşması ilə əməkdaşlıqda təqsirli bilinən, 1981-ci il təvəllüdlü Elşad Mahmudov barəsində Rusiya hüquq-mühafizə orqanları cinayət işi başlasa da, təqsirləndirilən şəxs istintaqdan yayınıb.
Məhkəmə E.Mahmudovun barəsində həbs qətimkan tədbiri seçdikdən sonra o İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.