...

"Düdelanj" - "Qarabağ" oyunu 30-cu dəqiqədə dayandırılıb

Gündəm Materials 3 Oktyabr 2019 23:58 (UTC +04:00)
UEFA Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan "Düdelanj" - "Qarabağ" oyunu erməni təxribatı ilə əlaqədar matçın 30-cu dəqiqəsində müvəqqəti dayandırılıb
"Düdelanj" - "Qarabağ" oyunu 30-cu dəqiqədə dayandırılıb

Bakı. Trend:

UEFA Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan "Düdelanj" - "Qarabağ" oyunu erməni təxribatı ilə əlaqədar matçın 30-cu dəqiqəsində müvəqqəti dayandırılıb.

Trend-in məlumatına görə, matçın 30-cu dəqiqəsində "Qarabağ"ın rəqib qapısına vurduğu ikinci qoldan sonra dron vasitəsilə stadionun üzərində qondarma "Dağlıq Qarabağ respublikası"nın bayrağı gətirilib.

Oyunda fasilə elan olunub. Komandaların üzvləri meydanı tərk ediblər.

Xatırladaq ki, ağdamlılar matçın 11-ci dəqiqəsində Abdella Zubirin, 30-cu dəqiqədə isə Miçelin qolları ilə hesabda 2:0 irəlidədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti