...

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilib (VİDEO)

Gündəm Materials 6 Oktyabr 2019 12:37 (UTC +04:00)
“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi keçirilib
Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilib (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin keçirilməsində məqsəd birləşmə və hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanılması, mühafizədən müdafiəyə keçərkən uzlaşmış fəaliyyətə nail olunması, müdafiə döyüşünün aparılması zamanı döyüş düzülüşü elementlərinin fəaliyyətinin təkmilləşdirilməsi olub.

Praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr döyüş atışlarını yerinə yetiriblər. Ərazidə qəbul edilmiş qərarlar Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində kompüterlər üzərində xüsusi proqram vasitəsilə icra edilib.

Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılan zaman bildirilib ki, qarşıya qoyulmuş tapşırıqların tam həcmdə yerinə yetirilməsində zabitlərin peşəkarlığı və ən müasir vasitələrin tətbiqi mühüm rol oynayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti