...

Oqtay Gülalıyevlə bağlı SON XƏBƏR (YENİLƏNİB 2)

Gündəm Materials 30 Oktyabr 2019 15:35 (UTC +04:00)
Oqtay Gülalıyev əməliyyata götürülüb.
Oqtay Gülalıyevlə bağlı SON XƏBƏR (YENİLƏNİB 2)

Bakı. İlhamə İsabalayeva - Trend:

"City Hospital"da O.Gülalıyev üzərində aparılan cərrahiyyə əməliyyatı bitib. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, xəstə yaxın 20 dəqiqə ərzində əməliyyat blokundan reanimasiya şöbəsinə aparılacaq.

X X X

Saat 13:20

Oqtay Gülalıyev əməliyyata götürülüb.

Trend-in məlumatına görə, "City Hospital"dan Səhiyyə Nazirliyə verilən məlumata əsasən, Oqtay Gülalıyev əməliyyata hazırlanıb, öncə ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib. Səhiyyə Nazirliyi "City Hospital"a Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər.

Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək.

X X X

saat 12:02

Hüquq müdafiəçisi Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata görə, xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb:

"Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan "City Hospital"a köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti