Bakı. Trend:
Məhbuslar arasında xəstəlikdən ölüm halları azalıb.
Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi müavini İftixar Qurbanov deyib.
O qeyd edib ki, penitensiar müəssisələrdə görülmüş tədbirlər, aparılan müayinə, diaqnostika, müalicə metodları hesabına əvvəlki illərlə müqayisədə xəstəliklərdən ölüm halları 1995-ci ilə nəzərən 15 dəfə, 2000-ci ilə nəzərən 2.7 dəfə, 2010-cu ilə nəzərən 1.2 dəfə azalıb və bu dinamika hər il artır.