...

Azərbaycan tankçıları sərrast atışla 3 hədəfi məhv etdi (FOTO/VİDEO)

Gündəm Materials 31 Avqust 2020 12:25 (UTC +04:00)
Azərbaycan tankçıları sərrast atışla 3 hədəfi məhv etdi (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

"Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların növbəti günündə “Fərdi sürücülük” mərhələsində iştirak ediblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiya tankçıları ilə yarışlarda fərdi ustalıqlarını nümayiş etdiriblər.

Tankçılarımız müsabiqənin şərtlərinə əsasən sərrast atəşlə 3 hədəfi məhv edib və marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə keçərək yarımfinal mərhələsinə yüksəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti