Bakı. Samir Əli - Trend:
İnterpol Azərbaycan əsilli qadın barədə axtarış elan edib.
Trend-in məlumatına görə, 1969-cu ildə Qusar rayonunda anadan olan Ragilya Hacıağayeva terror təşkilatının fəaliyyətində iştirak etməkdə təqsirləndirilir.
Rusiya hüquq-mühafizə orqanları onun barəsində cinayət işi başlasa da qadın istintaqdan yayınıb. Rusiya məhkəməsi qadının tutularaq istintaqa cəlb edilməsi barədə qərar verib və onun barəsində beynəlxalq axtarış elan edilib.