...

Metronun fəaliyyətinin məhdudlaşdırılma vaxtı dekabrın 28-dək uzadıldı

Gündəm Materials 21 Noyabr 2020 00:01 (UTC +04:00)
Metronun fəaliyyətinin məhdudlaşdırılma vaxtı dekabrın 28-dək uzadıldı

Bakı. Samir Əli – Trend:

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.

Trend-in məlumatına görə, bu barədə məlumat Baş nazir Əli Əsədovun ölkədə xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı imzaladığı qərarda yer alıb.

Qərarda bildirilir ki, ölkədə koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı görülən qabaqlayıcı tədbirlərə görə, Bakı metropoliteninin fəaliyyəti dekabrın 28-dək məhdudlaşdırılır.

Qərar bu gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti