...

Ali Hərbi Məktəbin kursantları bu ildən 10 yeni ixtisas üzrə təhsil alır

Gündəm Materials 11 Fevral 2021 13:37 (UTC +04:00)
Ali Hərbi Məktəbin kursantları bu ildən 10 yeni ixtisas üzrə təhsil alır

Bakı. Ceyhun Ələkbərov - Trend:

2020/2021-ci tədris ilindən etibarən 1-ci kursa qəbul olan kursantlar ali təhsil bakalavr səviyyəsi ixtisaslarının təsnifatına müvafiq yeni 10 ixtisas üzrə ali təhsil alır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Fizuli Salahov deyib. Onun sözlərinə görə, beynəlxalq təhsil standartlarına cavab verən tədris metodikası və vasitələri ilə kursantlara hərb elminin incəlikləri öyrədilir:

“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “xüsusi təyinatlı texnika və sistemlər” ixtisası üzrə bakalavr səviyyəsində mütəxəssislər hazırlanır. 2020/2021-ci tədris ilindən etibarən 1-ci kursa qəbul olan kursantlar ali təhsil bakalavr səviyyəsi ixtisaslarının təsnifatına müvafiq yeni 10 ixtisas üzrə ali təhsil alır. Məktəbdə 4 fakultə və 21 kafedra fəaliyyət göstərir. Beynəlxalq təhsil standartlarına cavab verən tədris metodikası və vasitələri ilə kursantlara hərb elminin incəlikləri öyrədilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti